Malayziya Nazirlər Kabineti açıqlandı

Malayziyanın yeni baş naziri Muhyiddin Yasin vəzifəyə təyin edildikdən sonra nazirlər kabinetini açıqladı.

1374940
Malayziya Nazirlər Kabineti açıqlandı

 

  Malayziyanın yeni baş naziri Muhyiddin Yasin vəzifəyə təyin edildikdən sonra nazirlər kabinetini açıqladı.

  Əvvəlki baş nazirlərdən fərqli olaraq ilk dəfə kabinetə baş nazir müavini təyinetmə ənənəsini dəyişdirən Muhyiddin sözügedən mövzu ilə bağlı deyib:

  "Baş nazir müavini yerinə dörd nazir mənə kömək edə bilər. Onlar mən ölkədə olmadığım zamanlarda kabineti toplama səlahiyyətinə malik olacaqlar. Həmin dörd nazir bunlardır:

  • beynəlxalq ticarət və sənaye naziri Məhəmməd Əzmin Əli,
  • müdafiə naziri İsmayıl Səbri Yaqub,
  • əmək naziri Fadillah Yusif,
  • təhsil naziri Mohd Radzi Mohd Jidin.

  Malayziya Nazirlər Kabinetində yeni adlar:  

  • xarici işlər naziri Hişamuddin Hüseyn (əvvəlki baş nazir Necip Rezakın müdafiə naziri),
  • maliyyə naziri Zafrul Əzizdir (“Malayziya CIMB” bankı İdarə Heyətinin sədri).

  Bundan başqa Muhyiddin əvvəlki hökumətlərdən fərqli olaraq baş nazirliyə bağlı Sabah və Saravak Əyaləti üzrə Məsul Nazirlik yaratdı.



Әlaqәli Xәbәrlәr