Ukraynanın yeni baş naziri

Ukraynanın yenibBaş naziri Denis Şmıqal oldu. Ukrayna Ali Radasının iclasında keçirilən səsvermədə Baş nazir Aleksey Qonçarukun istefa ərizəsi qəbul edilib.

1372239
Ukraynanın yeni baş naziri

Ukraynanın yeni baş naziri Denis Şmıqal oldu.

Ukrayna Ali Radasının iclasında keçirilən səsvermədə baş nazir Aleksey Qonçarukun istefa ərizəsi qəbul edilib.

Qonçarukun səlahiyyət müddəti başa çatdığı üçün Nazirlər Kabineti də buraxılıb.

Daha sonra dövlət başçısı Vladimir Zelenskinin Baş nazir postuna namizədliyini irəli sürdüyü Denis Şmıqal üçün Ali Radada ikinci dəfə səsvermə keçirilib.

Şmıqalın baş nazir postuna təyin olunması 291 deputatın səs çoxluğu ilə təsdiqlənib.

Baş nazir Şmıqalın təqdim etdiyi Nazirlər Kabinetinin üzvləri də parlament tərəfindən qəbul edilib.

Qeyd edək ki, 45 yaşlı yeni baş nazir Denis Şmıqal bundan əvvəl Baş nazirin müavini vəzifəsində çalışıb.



Әlaqәli Xәbәrlәr