Çində koronavirusdan ölənlərin sayı 3000-ə yaxındır

Çin Dövlət Səhiyyə Komitəsi xəbər verir...

1369468
Çində koronavirusdan ölənlərin sayı 3000-ə yaxındır

 

  Çində yeni tip korona virusuna (COVID-2019) yoluxanların sayı 79 min 971 nəfər, bu virusdan ölənlər isə 2 min 873 nəfərə çatıb.

  Çin Dövlət Səhiyyə Komitəsi xəbər verir ki, 28-29 fevral tarixlərində 573 yoluxma, 39 ölüm faktı qeydə alınıb.

  İndiyədək 41 min 684 nəfər sağalaraq xəstəxananı tərk edib.

  Ölkə üzrə 7 min 365 xəstənin vəziyyəti ağırdır.

  Virusa yoluxanlarla yaxın təmasda olmuş 51 min 856 nəfər tibbi nəzarət altındadır.

  Qeyd edək ki, Çindən başqa, 61 ölkədə 7 mindən çox yoluxma, 106 ölüm faktı qeydə alınıb.



Әlaqәli Xәbәrlәr