NATO-nun Türkiyənin tələbi ilə Suriyadakı vəziyyətlə bağlı fövqəladə iclası keçiriləcək

NATO-nun Suriyanın İdlib bölgəsindəki hücumundan sonra Türkiyənin tələbinə görə bu gün fövqəladə iclası keçiriləcək.

1368142

NATO-nun baş katibi Yens Stoltenberq “twitter” hesabında Türkiyənin tələbilə NATO-nun Şimali Atlantik Şurasının 4-cü maddəsinə əsasən iclasın keçiriləcəyini açıqlayıb.

Baş katib  NATO-ya üzv 29 ölkənin səfirlərini özündə birləşdirən Şimali Atlantika Şurasının bir araya gələcəyini bildirib.

Qeyd edək ki, Şimali Atlantik müqavilesinin 4-cü maddəsinə əsasən, hər hansı bir NATO müttəfiqinin ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya təhlükəsizliyi təhdid altında olarsa həmin ölkə məsləhətləşmə tələb edə bilər.

Әlaqәli Xәbәrlәr