Dünyada koronavirusa yoluxanların sayı hǝr ötǝn gün artır

Nigeriya sǝhiyyǝ naziri Osagie Ehanire koronavirusa yoluxan şǝxsin fevralın 25-dǝ İtaliyanın Milan şǝhǝrindǝn Loqosa gedǝn İtaliya vǝtǝndaşı olduğunu deyib.

1368335
Dünyada koronavirusa yoluxanların sayı hǝr ötǝn gün artır

 

Qara Afrika ölkǝsi olan Nigeriyada da koronavirusa yoluxan olub.

Nigeriya sǝhiyyǝ naziri Osagie Ehanire koronavirusa yoluxan şǝxsin fevralın 25-dǝ İtaliyanın Milan şǝhǝrindǝn Loqosa gedǝn İtaliya vǝtǝndaşı olduğunu deyib.

Ehanire İtaliya vǝtǝndaşının infeksiya xǝstǝxanasında karantinǝ alındığını deyib.

Kovid-19 Afrika qitǝsinin ilk olaraq Әlcǝzair vǝ daha sonra Misir ölkǝlǝrindǝ yayılmağa başlamışdı.

Bu arada Monqolustan prezidenti Battulqa Çinǝ etdiyi sǝfǝrdǝn sonra koronavirus şübhǝsi ilǝ karantinǝ alınıb.

İranın paytaxtı Tehran başda olmaqla ölkǝnin 23 ǝyalǝtindǝ koronavirusla ǝlaqǝdar mǝscidlǝrdǝ cümǝ namazının qılınmayacağı açıqlanıb.

İranın Cümə İmamları Şurasından verilǝn  açıqlamaya görə, cümə namazının qılmayacağı ǝyalǝtlǝr bunlardır:

Tehran, Qum, Gilan, Rezevi Xorasani, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Hemedan, İsfahan, Mazenderan, Ərdəbil, Elburz, Huzistan, Simnan, Sistan-Bəlucistan, Fars, Qǝzvin, Kürdüstan, Kirmanşah, Kohgiluye-Buyer Əhməd, Gülüstan, Loristan, Hürmüzgan və Yezddir.

Qeyd edǝk ki, İranda 31 ǝyalǝt var.

İran Sǝhiyyǝ Nazirliyinin rǝsmisi Kiyanuş Cihanpur ölkǝ daxilindǝ Kovid-19 sǝbǝbindǝn hǝlak olanların sayının 26-ya, virusa yoluxanların sayının isǝ 245-ǝ yüksǝldiyini açıqlamışdı.

Cǝnubi Koreyada isǝ virus yayılmaqda davam edir. Ölkǝ daxilindǝ daha 505 nǝfǝrin virusa yoluxduğu bildirilib.

Qeyd edǝk ki, indiyǝdǝk ölkǝdǝ 1700 nǝfǝr virusa yoluxub.

Yaponiya baş naziri Şinzo Abe koronavirusun yayılmasının qarşısını almaq üçün  bütün ibtidai mǝktǝblǝr ilǝ  liseylǝrin fǝaliyyǝtinin bir ay dayandırılmasını tǝlǝb edǝcǝyini söylǝyib.

Yaponiyada koronavirus epidemiyası sǝbǝbindǝn hǝlak olanların sayı 8 nǝfǝrǝ çatıb.

İraqda virusa yoluxanların sayı 7, Livanda isǝ 3 nǝfǝrǝ yüksǝlib.



Әlaqәli Xәbәrlәr