BMT-nin İnsan Hüquqları Şurasının 43-cü iclası öz işinə başlayıb

BMT-nin İsveçrədəki Cenevrə ofisində BMT-nin İnsan Hüquqları Şurasının 43-cü iclası öz işinə başlayıb.

1365335
BMT-nin İnsan Hüquqları Şurasının 43-cü iclası öz işinə başlayıb

BMT-nin İsveçrədəki Cenevrə ofisində BMT-nin İnsan Hüquqları Şurasının 43-cü iclası öz işinə başlayıb.

BMT-nin baş katibi Antonio Quterreş 47 üzvdən ibarət Şuranın açılışındakı çıxışında qlobal problemlər barədə mənfi tablo ortaya qoyub və xəbərdarlıq edib.

"Görürük ki, qlobal aclıq artmaqdadır və gənclər arasında işsizlik narahatlıq doğurur" deyən Quterreş iqlim böhranı, demoqrafik dəyişikliklər, sürətli urbanizasiya və texnologiyanın sürətli inkişafının bir çox çətinliklərə səbəb olduğunu söyləyib.

Quterreş "İnsanlar unudulur. Narahatlıqlar artır, ayrı-seçkilik genişlənir" deyə bildirib.

Dünyada davam edən qarşıdurmalara diqqət çəkən Quterreş mülki şəxslərin müharibə nəticəsində çətin vəziyyətə düşdüyünü, aclığa məhkum edildiyini, bombalandığını və beynəlxalq qanunların açıq şəkildə pozulduğunu vurğulayıb.

Quterreş insan alverinin geniş yayıldığını, qadın və qızların əsarət altına alındığını, istismar edildiyini, sui-istifadə edildiyini və əsas hüquqlarından məhrum olduqlarını qeyd edib.

Rəqəmsal dövrün bəşəriyyət üçün yeni qapılar açdığını diqqətə çatdıran Quterreş yeni texnologiyaların insan hüquqlarının pozulması üçün tez-tez istifadə edildiyini və insan haqları və məxfiliyinin onlayn təcavüz və nifrət yolu ilə tez-tez ortaya çıxdığı barədə xəbərdarlıq edib.

Çıxışında BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baxelet gələcək nəsillər üçün "bərabər hüquqlu və davamlı" dünya yaratmaq üçün beynəlxalq əməkdaşlığa çağırıb.

Şuranın 43-cü iclası martın 20-də başa çatacaqdır.



Әlaqәli Xәbәrlәr