Makron və Merkelin Putinə İdlib çağırışı

Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel Rusiya prezidenti Vladimir Putinə Suriyanın İdlib bölgəsindəki toqquşmalara dərhal son qoyulması üçün çağırıb edib.

1363687

Almaniya Hökumət sözçüsü Stefan Saybert tərəfindən verilən yazılı açıqlamaya görə, Merkel və Makron Putin ilə telefonla danışıblar.  

Makron və Merkel Putinə İdlib şəhərində fəlakətə səbəb olan humanitar vəziyyətdən nə qədər narahat olduqlarını ifadə ediblər və buradaki toqquşmalara dərhal son qoyulması üçün çağırış ediblər.

Ehtiyacı olanlara humanitar yardımların çatdırılmasına mane olunmamasını istəyən iki lider Putin və prezident Ərdoğan ilə İdlibdəki böhrana siyasi həll yolu tapılması üçün görüş keçirməyə hazır olduqlarını da bildiriblər.

Әlaqәli Xәbәrlәr