BMT Uşaq Fondu Yǝmǝndǝ 19 uşağın öldürüldüyünü açıqlayıb
Birlǝşmiş Millǝtlǝr Tǝşkilatının Uşaq Fondu Yǝmǝnin şimal-şǝrqindǝki Әl-Cevf şǝhǝrindǝ hǝyata keçirilǝn hava hücumları nǝticǝsindǝ 19 uşağın hǝlak olduğunu tǝsdiqlǝyib.
Birlǝşmiş Millǝtlǝr Tǝşkilatının Uşaq Fondu Yǝmǝnin şimal-şǝrqindǝki Әl-Cevf şǝhǝrindǝ hǝyata keçirilǝn hava hücumları nǝticǝsindǝ 19 uşağın hǝlak olduğunu tǝsdiqlǝyib.
BMT Uşaq Fondunun Yǝmǝn üzrǝ nümayǝndǝsi Sara Beysolov Nyanti verdiyi açıqlamada bu ifadǝlǝrǝ yer verib: ‘‘Yǝmǝndǝ sülhün tǝmin olunacağına ümidvardıq. Son hǝftǝlǝrdǝ yaşanan hücumlara görǝ narahatıq. Son hadisǝlǝr uşaqların bu hücumların yükünü daşıdığını çox sǝrt şǝkildǝ xatırlatdı. Tǝǝssüf ki, Cevf şǝhǝrindǝ törǝdilǝn son hücumlar nǝticǝsindǝ 19 uşaq hǝlak olub, 18 uşaq da yaralanıb’’.
Yǝmǝndǝ İran tǝrǝfindǝn dǝstǝklǝnǝn Husilǝr fevralın 15-dǝ Sǝudiyyǝ Әrǝbistanı rǝhbǝrliyindǝki koalisiya qüvvǝlǝrinǝ aid tǝyyarǝlǝrin Әl-Cevf şǝhǝrinǝ endirdiyi zǝrbǝlǝr nǝticǝsindǝ 35 mülki vǝtǝndaşın öldüyünü, çox sayda adamın da yaralandığını açıqlamışdı.
Beynǝlxalq sǝviyyǝdǝ legitimliyi olmayan Husilǝrǝ tabe olan Sǝhiyyǝ Nazirliyinin sözçüsü Yusuf ǝl-Hadıri eyni gün verdiyi açıqlamada koalisiyaya mǝxsus tǝyyarǝlǝrin Cevf şǝhǝrindǝki mülki vǝtǝndaşlara hücum etdiyini bildirib.
Әlaqәli Xәbәrlәr
Entoni Blinken Çinə etdiyi səfəri qiymətləndirib
Entoni Blinken CNN International-a verdiyi müsahibə zamanı Çinə etdiyi səfəri qiymətləndirib.