ABŞ, İngiltərə və Almaniyanın Suriya rejiminə Türkiyə ilə bağlı çağırışı

ABŞ, İngiltərə və Almaniya BMT Təhlükəsizlik Şurasında Suriya rejimini Türkiyənin İdlibdəki müşahidə məntəqələrinə yönəldilmiş hücumlarına son qoymağa çağırıb.

1362836
ABŞ, İngiltərə və Almaniyanın Suriya rejiminə Türkiyə ilə bağlı çağırışı

ABŞ, İngiltərə və Almaniya BMT Təhlükəsizlik Şurasında Suriya rejimini Türkiyənin İdlibdəki müşahidə məntəqələrinə yönəldilmiş hücumlarına son qoymağa çağırıb.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Kraft BMT Təhlükəsizlik Şurasında etdiyi çıxışda Suriyada uşaqlar soyuqdan ölərkən rejimin, ona dəstək olan Rusiya, İran və Hizbullahın hücumları ilə hərbi qələbə elan etdiyini söyləyib.

Kraft deyib ki, ABŞ olaraq suriyalı qaçqınlara yardım mövzusunda üzərinə ən çox məsuliyyət götürən NATO müttəfiqi Türkiyənin qanuni maraqlarını dəstəkləyirik və Türkiyənin toqquşmalar səbəbindən yeni qaçqın axını barədəki narahatlığını başa düşürük. Türkiyəni Suriyanın şimal-qərbində gərginliyi artırmaqda ittiham edən rusiyalı səlahiyyətlilərin açıqlamalarını əsla qəbul etmirik. Bunun məsuliyətlisinin Əsəd rejimi və Rusiya olduğundan şübhəmiz yoxdur.

Kelli Kraft ölkəsinin atəşkəsin bərpası və rejim qüvvələrinin 2018-ci ildə Soçidə qəbul edilən atəşkəs xəttinə geri çəkilməsi üçün diplomatik cəhdlər mövzusunda Türkiyə ilə koordinasiyalı şəkildə fəaliyyətlərini davam etdirəcəyini vurğulayıb.

Almaniyanın BMT-dəki daimi nümayəndəsi Kristop Hoysgen də Türkiyənin İdlibdəki müşahidə məntəqələrinin ətrafında artan gərginlikdən narahat olduqlarını bildirərək, “Suriya rejimindən Türkiyə hərbçilərinə istiqamətli hücumlarını dayandırmasını və dərhal gərginliyi azaltmasını tələb edirik” deyib.

İngiltərənin BMT-dəki daimi nümayəndəsi Karen Piers də “Türkiyəyə hücumların dayanması lazımdır. Türkiyə İdlibdə sülhməqsədli həll üçün cəhd göstərdi və gərginliyin artmasının hazırda 3,5 milyon qaçqının yükünü üzərinə götürən Türkiyəyə təsir etməsindən təşviş duyuruq” deyə bildirib.



Әlaqәli Xәbәrlәr