Ümumdünya GSM Birliyi konqresi ləğv edildi

Ümumdünya GSM Birliyi 24-27 Fevral tarixində İspaniyanın Barselona şəhərində keçirilməsi planlaşdırılan Mobil Dünya Konqresi (MWC) ləğv edildi.

1358608
Ümumdünya GSM Birliyi konqresi ləğv edildi

Buna təxminən 40 mobil texnologiya şirkətinin yeni növ koronavirusun (Kovid-19) yayılması  təhlükəsinin  davam  etdiyini irəli    sürərək iştirak etməmək qərarı səbəb göstərildi.

GSMA-dan yayılan açıqlamada İspaniya hökumətinin tədbirin ləğv edilməsi üçün sağlamlıq ilə əlaqəli problemin olmadığını dəfələrlə bildirməsinə baxmayaraq, nəhəng texnologiya şirkətlərin konqresdə iştirak etməyəcəklirini elan etdiklərinə diqqət çəkilib. Mövcud vəziyyətdə   tədbiri  keçirməyin "mümkünsüz" olduğu ifadə edilərək yeni növ koronavirusla əlaqəli vəziyyətin sürətlə dəyişdiyi vurğulanıb.

 



Әlaqәli Xәbәrlәr