Koronavirus qurbanlarının sayı 1000 nǝfǝri keçib
Çindә yeni növ koronavirus (Kovid-19) epidemiyası sәbәbindәn hәlak olanların sayı 1368 nәfәrә çatıb.
Çindә yeni növ koronavirus (Kovid-19) epidemiyası sәbәbindәn hәlak olanların sayı 1368 nәfәrә çatıb.
Bu barәdә Çinin Milli Sәhiyyә Komissiyasından verilәn mәlumatda bildirilib. Mәlumatda qeyd olunub ki, virusa yoluxanların sayı 59 min 883 nәfәrә çatıb. Bunlardan 8 min 204-nün vәziyyәti kritiktir. Mәlumatda hәmçinin bildirilib ki, müalicә olunanların sayı 632-dir.
Bundan başqa Honkonq Muxtar Respublikada 49, Makau Muxtar Respublikasında isә 10 nәfәrin virusa yoluxduğu bildirilir.
Sutka әrzindә virus sәbәbindәn hәlak olanların sayı 242 nәfәrә çatıb, daha 16 min nәfәr koronavirus şübhәsi ilә xәstәxanaya yerlәşdirilib. Belәliklә koronavirus epidemiyası sәbәbindәn xәstәxanaya müraciәt edәnlәrin sayı 180 mini keçib.
Mǝlumatda 2 min 600 tibbi personalın Vuxan şǝhǝrinǝ göndǝrildiyi vurğulanıb.
Qeyd edәk ki, yeni növ koronavirus ilk olaraq Çinin Xubey әyalәtinin Vuxan şәhәrindә yayılmağa başlamışdı.
Әlaqәli Xәbәrlәr
Entoni Blinken Çinə etdiyi səfəri qiymətləndirib
Entoni Blinken CNN International-a verdiyi müsahibə zamanı Çinə etdiyi səfəri qiymətləndirib.