“Şərqdə yeni döyüş dalğaları görünür”, M.Piras

Malayziyanın paytaxtı Kuala Lumpurdakı Parlamentlərarası Qüds Platformasının III Konfransında İtaliyanı təmsil edən Mişel Piras Fələstin və Qüds probleminə dair çıxış edərək deyib...

1355959
“Şərqdə yeni döyüş dalğaları görünür”, M.Piras

 

  İtaliya Nümayəndələr Məclisinin millət vəkili Mişel Piras (Michele Piras) Türkiyə və İtaliyanın Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın sözdə barış planına qarşı Fələstin üçün alternativ sülh planı hazırlaya biləcəklərini söylədi.

  Malayziyanın paytaxtı Kuala Lumpurdakı Parlamentlərarası Qüds Platformasının III Konfransında İtaliyanı təmsil edən Mişel Piras Fələstin və Qüds probleminə dair çıxış edərək deyib:

  “Aralıq dənizi bölgəsi və Orta (Yaxın) Şərqdə yeni döyüş dalğaları görünür. Qərb və Şərq qüvvələri neçə müddətdir Orta Şərqdə güc qazanmağa çalışaraq dünyaya yeni ədalətsizliklər və təzyiqlər gətirməkdədir. Biz ABŞ-ın sözdə barış planını və Qüdsün İsrailin paytaxtı olaraq tanınmasını qəbul etmirik.

  Qüds qəti şəkildə Fələstinin paytaxtıdır. Eyni zamanda, Qüds dünyanın mənəvi paytaxtı - sülh və dialoqun paytaxtıdır.

  Mən bura İtaliyanın Fələstinin yanında olduğunu demək və ABŞ prezidenti Donald Trampın sözdə barış planına xeyr demək üçün gəldim.

  Fələstində həqiqi sülh bərqərar olmalıdır. Bunun mənası odur ki, İsrail müəyyən sərhədlərə qədər geri çəkilməli, Fələstin xalqının öz torpaqlarına dönmələri təmin edilməli və beynəlxalq ictimaiyyət Fələstini dövlət olaraq tanımalıdır.

  Fələstindəki problem təkcə öz bölgəsinə təsir etmir. Aralıq dənizi bölgəsində sülh bütün Avropada da sülh deməkdir. Buna görə Fələstin Avropa və İtalyanın da əsas məsələlərindəndir.

  Türkiyə və İtaliya Fələstin probleminin həllində bir araya gəlməli və həqiqi sülhün təminatı üçün ortaq çalışmalıdır. Bu iki dövlət Trampın sözdə barış planına qarşı Fələstin üçün alternativ sülh planı hazırlaya bilər. Biz Fələstinin həqiqi azadlığa qovuşmasına, yəni yalnız mədəni deyil, eyni zamanda, iqtisadi müstəqilliklərini qazanmalarına nail olmalıyıq”.

  İtaliya Nümayəndələr Məclisinin millət vəkili Mişel Piras onu da qeyd edib ki, təxminən 2 ay əvvəl Türkiyədə Fələstinlə bağlı konfransda iştirak edib və burada da fələstinliləri müdafiədə olacağını bildirib.



Әlaqәli Xәbәrlәr