ABŞ vә Çin prezidentlәri arasında telefon danışığı olub
Çin Xalq Respublikasının dövlәt başçısı Şi Cinpinqlə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Çin Xalq Respublikasının dövlәt başçısı Şi Cinpinqlə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Söhbət zamanı iki ölkənin liderləri koronavirus epidemiyasının yeni növünə qarşı mübarizə vә iki ölkә arasında ticarәtә dair imzalanan müqavilә mәsәlәlәrini müzakirə ediblər.
Görüşdә Şi Cinpinq Çin hökumətinin virusun yayılmasına qarşı bütün zəruri tədbirləri gördüyünü vә iki ölkә arasındakı ticari mәsәlәlәrin dialoq yolu ilә hәll edilmәsinin vacibliyini vurğulayıb.
Çin dövlәt başçısı hәmçinin virusun yayılmasının qarşısının alınması üçün görülәn tәdbirlәrin öz bәhrәsini vermәyә başladığını qeyd edib.
Amerika Birlәşmiş Ştatları prezidenti Donald Tramp isә öz növbәsindә Çinin virusa qarşı apardığı mübarizәni dәstәklәdiyini vә bu ölkәyә virusla mübarizә çәrçivәsindә hәr növ yardımı etmәyә hazır olduğunu söylәyib.
Әlaqәli Xәbәrlәr
Entoni Blinken Çinə etdiyi səfəri qiymətləndirib
Entoni Blinken CNN International-a verdiyi müsahibə zamanı Çinə etdiyi səfəri qiymətləndirib.