Almaniyada bərələr daşdı, evləri basdı

Almaniya mətbuatında yayılan xəbərlərə görə...

1353208
Almaniyada bərələr daşdı, evləri basdı

 

  Almaniya mətbuatında yayılan xəbərlərə görə, ölkənin cənub-qərbində təsirli olan şiddətli yağış çay və dərələrdəki su səviyyəsini yüksəldib. Bu səbəbdən Trier-Saarburq bölgəsində bir çox yol və evi su basıb, Perllə Trier arasındakı qatar səfərləri isə təxirə düşüb.

  Kiçik dərənin daşması nəticəsində Aaç şəhər mərkəzi sular altına qalıb.

  Konz şəhərində su basqından insanlar evdən çıxa bilməyib, yardımlarla bölgədən köçürülüb.

  Mosel çayında 3,25 metr olan su səviyyəsi 8,60 metrə yüksəlib.

  Frayburq (Freiburg) və Karlsruhe bölgələrində leysan və fırtına çox sayda ağacı aşırıb, evləri su basıb.

  Siqmarinqen şəhəri yaxınlarındakı Stetten qəsəbəsində bir ağacın aşması nəticəsində bir ev və üç maşın zərər görüb.

  Saarbrükken şəhərində polis leysanla əlaqədar şəhər şosesini bağlayıb.

  Bavariya (Bavyera) əyalətinin Münhen və Auqsburq şəhərlərində ağaclar aşıb, dərələr daşıb.



Әlaqәli Xәbәrlәr