Gürcüstan xarici işlәr naziri Türkiyәyә tәşәkkür edib

Gürcüstan xarici işlər naziri Davit Zalkaliani yeni növ  koronavirus epidemiyası sәbәbindәn  Çinin Uhan şәhәrindәki  Gürcüstan vətəndaşlarını tәxliyyә etmәsi münasibәtilә Türkiyәyә tәşәkkür edib.

1351370

Bu barәdә Davit Zalkaliani şәxsi ‘‘Twitter’’ sәhifәsində yazıb.

‘‘Çinin Uhan şәhәrindәki  Gürcüstan vətəndaşlarını tәxliyyә etmәsi münasibәtilә Türkiyәyә tәşәkkür edirәm. Bu addım iki ölkә arasındakı mövcud әlaqәlәri vә hәmrәyliyi daha da güclәndirir’’,-deyә Gürcüstanın xarici işlәr naziri vurğulayıb.

Qeyd edәk ki, Türkiyә Silahlı Qüvvәlәrinә mәxsus tәyyarә Çinin Uhan şәhәrindәki Türkiyә, Azәrbaycan, Gürcüstan vә Albaniya vәtәndaşlarını tәxliyyә etmişdi.

Әlaqәli Xәbәrlәr