ABŞ-ın irəli sürdüyü sülh planına göstərilən reaksiyalar davam edir

ABŞ prezidenti Donald Trumpın yanvarın 28-də İsrailin baş naziri Binyamin Netanyahu ilə Ağ Evdə birgə mətbuat konfransında irəli sürdüyü birtərəfli Orta Şərq sülh planına göstərilən reaksiyalar davam edir.

1350006
ABŞ-ın irəli sürdüyü sülh planına göstərilən reaksiyalar davam edir

ABŞ prezidenti Donald Trumpın yanvarın 28-də İsrailin baş naziri Binyamin Netanyahu ilə Ağ Evdə birgə mətbuat konfransında irəli sürdüyü birtərəfli Orta Şərq sülh planına göstərilən reaksiyalar davam edir.

Avropa İttafqı və BMT-dən sonra İran, Küveyt, Tunis, Əlcəzair, Livan və İsveç də Fələstinə dəstək və Trumpın planına reaksiya verdi.

Anti-sionist ortodoks yəhudilər plana reaksiya göstərirlər, israillilər isə planın sülh gətirəcəyinə inanmırlar.

İran prezidenti Həsən Ruhani ABŞ-ın irəli sürdüyü razılaşmanı "əsrin ən alçaq planı" adlandırdı.

Bu planın Fələstin xalqının və müsəlmanların şüuru ilə nəticəsiz qalacağını bildirdi.

Tunis də Fələstini parçalamaq planına qarşı bəyanat yaydı.

Tunis Parlamenti qınadığı sülh planını "irqçi" olaraq xarakterizə etdi.

Tunisin Xarici İşlər Nazirliyi isə, "Orta Şərqdə sülh Fələstin xalqının hüquqlarının tanınması yolu ilə mümkün olar" dedi.

Əlcəzair rəhbərliyi Fələstinə verdiyi dəstəyi açıqlayaraq,  Fələstin xalqının paytaxtı Şərqi Qüds olan müstəqil dövlət qurma hüququnun "hər zaman qüvvədə olan" bir hüquq olduğunu vurğuladı.

Küveyt Xarici İşlər Nazirliyi də plana reaksiya göstərərək, Fələstin məsələsinin ədalətli həllinə yalnız beynəlxalq qanuni qərarlar sayəsində nail oluna biləcəyini bildirdi.

ABŞ-dakı anti-sionist pravoslav yəhudiləri də Trumpın planının əleyhinə danışdılar, qrupun aparıcı liderləri ABŞ və İsrailə Vaşinqtonda etdiyi ortaq bir şərhdə reaksiya göstərdilər.

ABŞ-ın planına İsveçdən diqqətçəkən reaksiya göstərildi.

İsveçin xarici işlər naziri Ann Linde İordan çayının qərb sahilinin İsrail tərəfindən tamamilə ilhaqının beynəlxalq qanunlara zidd olduğunu vurğuladı.

Lindeyə fəallar da dəstək verdilər.

ABŞ-ın "Əsrin razılaşması"na israillilər də inanmadılar.

Mərkəzi ingiltərədə yerləşən ictimai rəy araşdırma firması tərəfindən aparılan sorğuda iştirak edən israillilərin yüzdə 61 faizi planın sülh gətirməyəcəyini dilə gətirdi.



Әlaqәli Xәbәrlәr