Almaniyanın keçmiş prezidenti qaçqın böhranını qiymәtlәndirib

Almaniyanın keçmiş prezidenti Yoahim Qauk  qaçqın problemi ilə bağlı prezident Rəcəb Tayyib Ərdoğanla əməkdaşlıq etmәnin vacibliyini vurğulayıb.

1346937

Almaniyanın DPA xəbər agentliyinə müsahibә verәn Yoahim Qauk  qaçqın məsələsini qiymәtlәndirib.

"Avropa çətin vəziyyətdədir. Rәcәb Tayyib Әrdoğanın dәstәyinә ehtiyacımız var’’ deyәn Yoahim Qauk  Türkiyənin bu sahədəki maliyyə gözlәntilәrinin  ödәnilmәsinin dә vacibliyini qeyd edib.

Digər tərəfdən ''Bild'' qəzetinin dәrc etdiyi bir mәqalәdә dә köç böhranının yalnız və yalnız Türkiyə ilә hәll edilә bilәcәyi vurğulanıb.

Mәqalәdә ‘‘Әrdoğan olmadan bu mümkün deyil’’ ifadәlәri işlәdilib.

Әlaqәli Xәbәrlәr