İspaniya təqaüd və məmur maaşlarını artırdı

Nazirlər Kabinetinin yığıncağından sonra mətbuat nümayəndələrinə açıqlama verən hökumət sözçüsü Mariya Xesus Montero (Maria Jesus Montero) deyib...

1344921
İspaniya təqaüd və məmur maaşlarını artırdı

 

  İspaniyada solçu koalisiya hökuməti ölkənin 2,5 milyon məmurunun maaşını 2020-ci ildə 2 faiz artırılmasını nəzərdə tutan qanun hökmündə fərmanı qəbul etdi.

  Baş nazir Pedro Sançezin rəhbərliyi altında olan solçu koalisiya hökuməti Nazirlər Kabinetinin ilk yığıncağında təqaüdləri 0,9, ikincisində isə məmur maaşlarını 2 faiz artırmaq qərarı verib.

  Nazirlər Kabinetinin yığıncağından sonra mətbuat nümayəndələrinə açıqlama verən hökumət sözçüsü Mariya Xesus Montero (Maria Jesus Montero) deyib:

  "Dövlətimizin rifahının təməlini meydana gətirən çalışanlarımıza verdiyimiz sözü yerinə yetirərək 1 yanvar 2020-ci il tarixindən etibarən maaşlarını 2 faiz artırırıq."

  Nazirlər Kabinetində "İqlim və ətraf mühit üçün fövqəladə vəziyyət" elan edən hökumət ilk 100 günlük iş günündə İqlim Dəyişikliyi Qanununu parlamentə təqdim etmək, 2050 dəqiq sıfır karbon hədəfini təyin etmək və İqlim Dəyişikliyi üçün Vətəndaşlar Asambleyası qurmaq sözünü verdi.

  Ümumiyyətlə, Katalonya məsələsini ölkə gündəmindən uzaqlaşdırmağa çalışan solçu hökumətin İspaniyanın digər sosial və iqtisadi problemləriylə əlaqədar da sürətli addımlar atması gözlənilir.



Әlaqәli Xәbәrlәr