Milli Həmrəylik Hökuməti Berlin Konfrasına Tunis və Qətərin də dəvət edilməsini istəyib

Liviyada Milli Həmrəylik Hökuməti Almaniyanın paytaxtı Berlində keçiriləcək Liviya mövzulu beynəlxalq konfransa Tunis və Qətərin də dəvət edilməsini istəyib.

1342796

Liviya “Ahrar” kanalının xəbərinə görə, BMT nəzdindəki legitim hökumətin Xarici İşlər Nazirliyi Almaniyanın Tripoli Səfirliyinə mesaj göndərib.  

Mesajda ev-eşiyindən edilmiş minlərlə liviyalının sığındığı, təhlükəsizliyi Liviyanın təhlükəsizliyindən asılı olan sərhəd qonşusu Tunis ilə 2011-ci ildə Müammər Qəzzafi rəjimini dəvirən 17 fevral inqilabının ən əhəmiyyətli dəstəkçilərindən olan və hələ də dəstəyini davametdirən Qətərin konfransda iştirakının əhəmiyyətli olduğu bildirilib.

Milli Həmrəylik Hökumətinin Xarici İşlər Nazirliyi Tunis və Qətərin Berlin Konfransına iştirakının sülh danışıqları ilə Liviyada təhlükəsizlik və sabitliyin təmin olunmasına töhfəsinin olacağını vurğulayıb.

Almaniya kansleri Angela Merkel Berlində 19 yanvar bazar günü keçiriləcək Liviya konfransı üçün dövlət və hökumət başçıları səviyyəsində dəvət etmişdi.

Әlaqәli Xәbәrlәr