ABŞ prezidenti Tramp hansı sərt tədbirlərə əl atdığını söyləmədi

ABŞ prezidenti Donald Tramp İraqdakı hərbi bazalara etdiyi hücumlardan sonra İrana yeni və daha ağır sanksiyalar tətbiq edəcəklərinə dair qərar aldıqlarını bildirdi.

1338482

Ağ Evdə bir tədbirdə danışan ABŞ prezidenti Trump İranla yaşanan gərginliyə dair açıqlama verib.

ABŞ-ın iranlı general Kasim Süleymanini məhv etmək zəminində haqlı olduğunu iddia edən Trump "O, çoxdan aradan qaldırılmalı idi. Obama administrasiyasının səhvləri ilə İran rejimi iqtisadi gücünü artırdı və bu vəsaiti terrorun maliyyələşdirilməsinə xərclədi. Biz buna son qoyduq" deyib.

İranın İraqdakı ABŞ-ın iki bazasına istiqamətli hücumlarının cavabsız qalmayacağını bildirən Tramp "İrana sanksiyalar tətbiq etdik. Əvvəllər ağır sanksiyalar var idi, indi bunlar ciddi şəkildə sərtləşəcək, təsdiqlədim, Xəzinə Nazirliyi açıqlayacaq” deyə bildirib.

Yeni sanksiyaların əhatəsini şərh etməkdən imtina edən Tramp elan olunduqda hamının onları görəcəyini söyləyib.

Әlaqәli Xәbәrlәr