Qətərin xarici işlər naziri: “Türkiyənin mövqeyini əsla unutmayacağıq”

Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Sani ölkəsilə bəzi ərəb ölkələri arasındakı böhranda Türkiyənin ortaya qoyduğu mövqeyi heç vaxt unutmayacaqlarını söyləyib.

1335228
Qətərin xarici işlər naziri: “Türkiyənin mövqeyini əsla unutmayacağıq”

Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Sani ölkəsilə bəzi ərəb ölkələri arasındakı böhranda Türkiyənin ortaya qoyduğu mövqeyi heç vaxt unutmayacaqlarını söyləyib.

Al Sani mərkəzi qərargahı Londonda olan Əl-Ərəbi əl-Cədid və mərkəzi qərargahı Livanda olan əl-Mudun qəzetlərinə bəyanatında deyib:

“Qətər və Türkiyə arasındakı əlaqələr təhlükəsizlik, müdafiə, ticarət və iqtisadi sahələr başda olmaqla çoxtərəfli, güclü və strateji yönümlüdür. Türkiyə, əlaqələrimizə üstünlük verdiyimiz ölkələrin başında yer alır. Siyasi baxımdan həmfikir olduğumuz müxtəlif mövzular var, bunlardan biri də Suriya xalqına yardım etməkdir. Türkiyə sərhəddəki suriyalıların böyük hissəsinin məsuliyyətini üzərinə götürüb və Suriyada təhlükəsizliyin olmaması səbəbindən buna da dözüm gətirmək üçün cəhd göstərir. Qətər də bu mövzuda Türkiyənin yanındadır. Suriyada vəziyyətin sakitləşməsi, xalqın maraqlarının qorunması və sülhməqsədli dəyişikliklə siyasi həllin mümkün olmasını diləyirik.

Qətərin xarici işlər naziri Al Sani Qətər ilə bəzi ərəb ölkələri arasındakı böhranda Türkiyənin ortaya qoyduğu mövqeyə də toxunaraq bildirib ki, Türkiyə Körfəz böhranın baş verdiyi gündən bəridir Qətərin yanında şərəfli mövqe ortaya qoydu. Türkiyə həmin zamanda qonşularımızın belə bizi tərk edib əleyhimizə olduğu və bəzi ölkələrin siyasi təzyiqlər nəticəsində bizi yalnız qoyduğu çətin dövrdə Qətər xalqına dəstək oldu. Türkiyənin bu mövqeyini əsla unutmayacağıq və hər çətin şəraitdə onun yanında yer alarıq.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misirin 2017-ci il iyunun 5-də Qətər ilə bütün diplomatik əlaqələrini kəsməsi və iqtisadi sanksiya tətbiq etmələri Körfəz bölgəsində böhrana səbəb olmuşdu.



Әlaqәli Xәbәrlәr