Liviya Türkiyənin qərarını məmnunluqla qarşıladı

Liviya Dövlət Ali Şurası yanvarın 2-də Türkiyə Böyük Millət Məclisində (TBMM) qəbul edilən adı çəkilən ölkəyə əsgər göndərilməsinə dair Prezident Aparatının sənədini məmnunluqla qarşıladı.

1333875
Liviya Türkiyənin qərarını məmnunluqla qarşıladı

Liviya Dövlət Ali Şurası yanvarın 2-də Türkiyə Böyük Millət Məclisində (TBMM) qəbul edilən adı çəkilən ölkəyə əsgər göndərilməsinə dair Prezident Aparatının sənədini məmnunluqla qarşıladı.

Şuranın açıqlamasında “qanuni hökumətə qarşı ölkədəki qiyamçını dəstəkləyən xarici düşmənlər və onların milislərilə mübarizə” çərçivəsində beynəlxalq sahədə legitimliyi olan Milli Həmrəylik Hökumətinin Türkiyəyə yardım çağırışı etdiyi xatırladılaraq bu ifadələr yer alıb:

Müharibə cinayətkarı Hafterə dəstək verən Birləşmiş Ərəb Əmirlikləri, Misir, Rusiya və Fransa kimi ölkələr xalqımızı öldürüb, acı verərək, ölkəni dağıdırlar. Bu vəziyyət bizi, xalqımızı və dinc vətəndaşları qorumaq adından Türkiyəli dostlarımızdan qanuni şəkildə dəstək istəməyə vadar etdi. Türkiyə Məclisində sənədin qəbul edilməsindən məmnunluq duyuruq.”

Açıqlamada ayrıca, Liviyanın şərqindəki qiyamçı general Hafterin ölkəni qarşı-qarşıya qoyduğu vəziyyətin kədərlə qarşılandığı vurğulanıb.

Qeyd edək ki, Liviya Dövlət Ali Şurası ölkədəki vətəndaş müharibəsini başa çatdırmaq məqsədilə BMT-nin hiyaməsində 17 dekabr 2015-ci ildə imzalanan “Suheyrat” razılaşması çərçivəsində qurulan icra və məsləhət orqanıdır.

Bu arada Liviya Milli Həmrəylik Hökumətinin xarici işlər naziri Məhəmməd ət-Tahir Seyalle də xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefonla danışıb.

Seyalle görüşdə Çavuşoğluna Türkiyənin dəstəyi və TBMM-də qəbul edilən Liviyaya əsgər göndərilməsinə dair Prezident Aparatı sənədi üçün təşəkkür edib.



Әlaqәli Xәbәrlәr