ABŞ dövlət katibi İsrail, İraq və Qətər başçıları ilə danışdı

ABŞ-nın İraqdakı Səfirliyinə edilən hücumun təhlil edildiyi danışıqlarda başçılardan İrana qarşı mübarizədə güclü əməkdaşlıq etmələri tələb edildi.

1333231
ABŞ dövlət katibi İsrail, İraq və Qətər başçıları ilə danışdı

 

  ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus dövlət katibi Mayk Pompeonun Qətər əmiri Şeyx Temim ibn Hamed əl-Sani, İsrailin baş naziri Binyamin Netanyahu və İraqın baş naziri Adil Əbdülmehdi arasında baş tutan telefon danışığına dair yazılı açıqlama verib.

  Sözçünün sözlərinə görə, Pompeo danışıqlar zamanı İranın bölgədəki zərərli fəaliyyətlərinə qarşı mübarizənin davam edəcəyinə diqqət çəkib və ABŞ-ın Bağdaddakı Səfirliyinə edilən hücumu pislədiyi üçün İsrailin baş naziri Netanyahuya təşəkkürünü bildirib.

  M.Pompeo İraqın baş naziri Adil Əbdulmehdi ilə etdiyi söhbətdə İranın dəstək verdiyi Hizbullah Briqadalarının ABŞ Səfirliyinə hücumunu pisləyib, İraq hökumətinin ABŞ diplomatlarının təhlükəsizliyinə dair güclü tədbirlər həyata keçirməsini yüksək qiymətləndirib və minnətdarlığını çatdırıb, İraqın suverənliyi və azadlığının qorunmasını uğrunda da səylərin davam edəcəyini vurğulayıb.

  Pompeo Qətər əmiri Şeyx Temim ibn Hamed əl-Sani ilə keçirdiyi görüşdə isə ölkəsi ilə sərgilədiyi həmrəyliyə görə ona təşəkkürünü bildirib.

  Xatırladaq ki, ötən həftə ABŞ-ın İraqdakı "Haşdi Şabi"yə mənsub Hizbullah Briqadalarının bazalarına təşkil etdiyi hücum nəticəsində 28 nəfər həyatanı itirib. İranın dəstək verən Hizbullah tərəfdarları həmin hadisəyə etiraz məqsədiylə ABŞ Səfirliyinin qarşısında toplaşaraq aksiya keçiriblər. ABŞ əleyhinə şuarlar səsləndirən yüzlərlə aksiyaçı səfirliyin binasına daxil olmağa cəhd edib. Nümayişçilər İraq təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində ərazidən geri çəkiliblər.



Әlaqәli Xәbәrlәr