BMT Təhlükəsizlik Şurası Somalidəki terror aktını qınadı

BMT Təhlükəsizlik Şurası Somalinin paytaxtı Moqadişuda dekabrın 29-da terrorçuların həyata keçirdiyi bombalı hücumu qınayıb.

1331624
BMT Təhlükəsizlik Şurası Somalidəki terror aktını qınadı

BMT Təhlükəsizlik Şurası Somalinin paytaxtı Moqadişuda dekabrın 29-da terrorçuların həyata keçirdiyi bombalı hücumu qınayıb.

BMT Təhlükəsizlik Şurasının açıqlamasında bildirilib ki, Şura üzvləri Moqadişudakı təhlükəsizlik məntəqələrinə edilən və günahsız insanların ölüb, yaralandığı terror hücumunu ən sərt dillə qınayır, həyatını itirənlərin yaxınlarına başsağlığı verir, yaralananlara şəfa diləklərini çatdırır.

Terrorun beynəlxalq sülh və təhlükəsizliyi təhdid etməkdə davam etdiyi bildirilən açıqlamada həmin hücumu edən və maliyyələşdirənlərin vaxt ötmədən ələ keçirilib, ədalətə təhvil verilməsi üçün çağırış edilib.

Bununla yanaşı BMT Təhlükəsizlik Şurasının Somali hökuməti və xalqına dəstək olmaqda qətiyyətli olduğu vurğulanan açıqlamada “ Təhlükəsizlik Şurası üzvləri Somalidəki sülh, sabitlik və inkişafı dəstəkləməkdə qətiyyətlidir. Nə bu, nə də digər terror aktları bu qətiyyətli mövqeyi zəiflətməyəcəkdir” ifadələri yer alıb.  

Qeyd edək ki, Somalinin paytaxtı Moqadişuda gömrük mərkəzi yaxınlığında minalanmış maşın tələbələri daşıyan avtobus keçdiyi əsnada partladılmış, 2-si Türk 90 nəfər həyatını itirmişdi.



Әlaqәli Xәbәrlәr