ABŞ Əş-Şəbab terror təşkilatına aviazərbələr endirdi

ABŞ Somalidə 90 nəfərin ölümü ilə nəticələnən bombalı hücumdan sonra terror təşkilatı Əş-Şəbaba aviazərbələr endirdi.

1331652
ABŞ Əş-Şəbab terror təşkilatına aviazərbələr endirdi

ABŞ-ın Afrika Komandanlığındən yayılan açıqlamada: “28 dekabrda Somalidə həyata keçirilən və çox sayda insanın ölümü ilə nəticələnən hücumdan sonra Federal Hökumət ilə əməkdaşlıq çərçivəsində Əş-şəbab üzvlərinə istiqamətli avia hücumlar həyata keçirildi. Qırıcıların bomardmanı nəticəsində 4 terrorist zərərsizləşdirildi. Quldurlara məxsus avtomobillər məhv edildi.

Xatırladaq ki, 28 dekabrda Somalinin paytaxtı Moqadişoda universitet tələbələrini daşıyan avtobusun hədəfə götürüldüyü hücum nəticəsində təxminən 90 nəfər həyatını itirdi çox sayda məsum insan yaralandı.

Türkiyənin Moqadişu səfiri Məhmət Yılmaz terror təşkilatı Əş-şəbabın törətdiyi hücumda ölənlərin arasında iki Türkiyə vətəndaşının olduğunu bildirdi.

Türkiyə Səhiyyə Nazirliyi xain terror aktında yaralananların müalicəsinə dəstək məqsədiyli aralarında cərrahi həkimlərin də olduğu 20 nəfərdən ibarət sağlamlı heyətininin Somaliyə cəlb olunduğunu açıqladı.



Әlaqәli Xәbәrlәr