BMT bu qərarı ilə Myanmara qarşı mövqeyini ortaya qoydu

Qeyd edək ki, Lahey şəhərində yerləşən Beynəlxalq Cəza Məhkəməsi Prokurorluğu ötən həftə Myanmar hökumətinin törətdiyi insanlıq cinayətləri ilə əlaqədar keçən il başlanılan ilkin araşdırmanı tamamlamış və istintaqa başlamışdı.

1330915
BMT bu qərarı ilə Myanmara qarşı mövqeyini ortaya qoydu

 

  Birləşmiş Millətlər Təşkilatı Myanmar hökumətinin Arakan müsəlmanlarına qarşı insan haqqları pozuntularını kəskin şəkildə qınayan qərar qəbul etdi.

  BMT Baş Assambleyasında dekabrın 27-də keçirilən səsvermədə sözügedən mövzu ilə bağlı qərar üçün 134 ölkənin təmsilçisi lehinə, 9 ölkə isə əleyhinə səs verib.

  Myanmar hökumətinin, başda Arakan müsəlmanları olmaqla, bölgədəki azlıqlara qarşı işgəncə, təcavüz və qanunsuz həbs tətbiqlərini tənqid edən qərarda ölkə bu mövzularda lazımi tədbirlər görməyə çağırılır.

  BMT bu qərarı ilə Myanmarın insan haqqları pozuntularına qarşı mövqeyini ortaya qoymuş olub.

  Qeyd edək ki, Lahey şəhərində yerləşən Beynəlxalq Cəza Məhkəməsi Prokurorluğu ötən həftə Myanmar hökumətinin törətdiyi insanlıq cinayətləri ilə əlaqədar keçən il başlanılan ilkin araşdırmanı tamamlamış və istintaqa başlamışdı.



Әlaqәli Xәbәrlәr