Əlcəzair Liviya ilə olan sərhəddində təhlükəsizlik tədbirlərini artırır

Əlcəzair, ölkəsinin Liviya və Mali ilə olan sərhədlərində təhlükəsizliyi qorumaq üçün əlavə tədbirlər həyata keçirir.

1330429
Əlcəzair Liviya ilə olan sərhəddində təhlükəsizlik tədbirlərini artırır

Əlcəzair rəsmi xəbər agentliyi APS bu barədə məlumat yayıb. Bildirb ki, Prezident Abdumecid Tebbunun başçılığında Yüksək Təhlükəsizlik Şurası yığıncağı keçirilib. İclasda Əlcəzayirin Liviya və Mali ilə olan sərhədlərinin təhlükəsizliyi məsələsi başda olmaqla regionda cərəyan edən proseslər müzakirə edilib. Danışıqlar nəticəsində milli sərhədlərin və bölgə təhlükəsizliyinin qorunması üçün zəruri olan bəzi müdafiə tədbirlərin həyata keçirilməsi qərarına gəlinib.

Qeyd edək ki, qonşusu Liviyadakı mövcud vəziyyətdən narahat olan Əlcəzair təxminən bir ildir hökm sürən siyasi böhrandan xilas olmaq üçün mübarizə edir. Demək olar ki, bölgənin güclü ölkəsi Əlcəzair prezident seçkilərindən sonra başlayan yeni dövrdə Liviyadakı hadisələrə biganə qalmayacaq.

 



Әlaqәli Xәbәrlәr