İsrailə məxsus döyüş təyyarələri Qəzzada bəzi məntəqələrə hücum edib

İsrailin Qəzzanın şimalında HAMAS-ın hərbi qanadı İzzəddin əl-Kassam briqadalarına məxsus “Aşkelon” adlı hərbi düşərgə ilə cənubdakı Xan Yunus şəhəri limanının da aralarında olduğu məntəqələrə havadan hücumları nəticəsində ölən olmayıb.

1329764

Həmin hücum Qəzzadan İsrailə raket atılmasından sonra həyata keçirilib.

Qeyd edək ki, İsrailin baş naziri Binyamin Netanyahu dekabrın 25-də Qəzzaya yaxın bir bölgədə olan Aşkelonda partiyası Likud tərəfindən keçirilən mitinqə qatılmışdı.

Mitinq zamanı mühasirə altındakı Qəzzadan atıldığı bildirilən rakətlər səbəbindən  Aşkelon şəhəri və ətrafında xəbərdarlıq üçün sirena çalmağa başlayıb, bunun nəticəsində cangüdənləri Netanyahunu salondan çxarıb.

Әlaqәli Xәbәrlәr