Rusiyada eyni gün ərzində 2 Mi-8 helikopteri təcili eniş edib

Rusiyanın Nenetsk muxtar və Krasnoyarsk bölgələrində gün ərzində 2 ayrı Mi-8 tipli helikopter təcili eniş edib.

1329609
Rusiyada eyni gün ərzində 2 Mi-8 helikopteri təcili eniş edib

Rusiyanın Nenetsk muxtar və Krasnoyarsk bölgələrində gün ərzində 2 ayrı Mi-8 tipli helikopter təcili eniş edib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin açıqlamasında Nenetsk muxtar bölgəsində bir Mi-8 helikopterinin təcili eniş etdiyi bildirilib. Açıqlamada 19 sərnişin və 4 ekipaj üzvünün olduğu helikopterdə ölü və yaralıların olmadığı qeyd edilib.

Açıqlamada ayrıca, səhər radələrində isə Krasnoyarsk bölgəsindəki Baykit hava limanından qalxan KrasAvia hava yollarına məxsus Mi-8 helikopterinin qar fırtınasına tutulması nəticəsində təcili eniş etdiyi bildirilib.

21 sərnişin və 3 ekipaj üzvünün olduğu helikopterdə 16 nəfərin yaralandığı qeyd edilib.

Sovet İttifaqı döjvründə diyazn edilən iki türbinli Mi-8 tipli helikopter sərnişin və yük daşımaq üçün istifadə edilir.



Әlaqәli Xәbәrlәr