Taliban hәrbi hissәyә hücum etdi, ölәn vә xәsarәt alanlar var

Taliban qruplaşmasının Әfqanıstanın şimalındakı Belh vilayәtinin Devletabad qәsәbәsindәki hәrbi hissәyә tәşkil etdiyi hücum nәticәsindә yeddi әsgәr hәlak olub.

1328517

Әfqanıstan Müdafiә Nazirliyindәn verilәn mәlumata görә, Taliban qruplaşmasının üzvlәri Devletabadın Hili Geli kәndindәki hәrbi hissәyә hücum edib.

Hücum nәticәsindә yeddi әsgәrin hәlak olduğu, altı tәhlükәsizlik xidmәti әmәkdaşının da yaralandığı qeyd olunub.

Şahidlәr isә hücum nәticәsindә hәlak olan әsgәrlәrin sayının ondan çox olduğunu irәli sürüb.

Taliban isә hücum nәticәsindә 20 әsgәrin öldürüldüyünü iddia edib.

Әlaqәli Xәbәrlәr