İsrail qüvvәlәri fәlәstinlilәrә aid evi dağıdıb

İsrail әsgәrlәri işğal altındakı Şәrqi Qüdsdә Camal Alyan adlı bir fәlәstinliyә aid evi dağıdıb.

1328834
İsrail qüvvәlәri fәlәstinlilәrә aid evi dağıdıb

 

 

İsrail әsgәrlәri işğal altındakı Şәrqi Qüdsdә Camal Alyan adlı bir fәlәstinliyә aid evi dağıdıb.

Әldә olunan mәlumatda qeyd olunub ki, İsrail әsgәrlәri evin sәnәdsiz olduğunu bildirib. Evin әtrafında tәhlükәsizlik tәdbirlәrini güclәndirәn İsrail qüvvәlәri daha sonra evi yerlә yeksan ediblәr.

Buna etiraz bildirәn fәlәstinlilәr ilә İsrail qüvvәlәri arasında qarşıdurma olub. Mәlumatda qeyd olunub ki, fәlәstinlilәr İsrail qüvvәlәrinә daş vә molotof kokteyli, İsrail qüvvәlәri isә fәlәstinlilәrә gözyaşardıcı qazla müdaxilә ediblәr.

İsrail qüvvәlәri bu gün sәhәr saatlarında Şәrqi Qüdsdә fәlәstinlilәrә aid iki evi dә dağıdıb. Mәlumata görә, hadisә Şәrqi Qüdsün Cebel әl-Mukebber mәhәllәsindә qeydә alınıb.İsrail әsgәrlәri bu evlәrin dә sәnәdsiz olduğunu irәli sürüb.

İsrail 1967-ci ildә işğal etdiyi Şәrqi Qüds vә İordan çayının qәrb sahilindә fәlәstinlilәrә aid çox sayda  ev vә ofisi dağıdıb. İsrail hәmin evlәrin vә ofislәrin sәnәdsiz olduğunu iddia edir.

Yerli mәnbәlәrin mәlumatına görә, İsrail  keçәn il Şәrqi Qüds vә İordan çayının qәrb sahilindә fәlәstinlilәrә aid çox sayda tikilini dağıdıb.



Әlaqәli Xәbәrlәr