Rusiya vә Çin BMT Təhlükəsizlik Şurasında Suriya ilə bağlı qətnaməyə veto qoyub

Rusiya vә Çin  BMT Təhlükəsizlik Şurasında Belçika, Almaniya və Küveytin Suriyaya sərhəddən humanitar yardımın göstərilməsi ilə bağlı qətnamə layihəsinə veto qoyub.

1327176

Bildirilir ki, 2014-cü ildən bəri qonşu dövlətlərdən cəbhə xətləri və sərhəd keçidləri vasitəsilə Suriyaya humanitar və tibbi ləvazimatların çatdırılmasının sadələşdirilmiş rejimi fəaliyyət göstərir. Belə bir mexanizm 2014-cü ildə BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə yaradılıb və hər il yenilənir. Sənədə görə, BMT-nin humanitar qurumları və tərəfdaşları cəbhə xətləri və Babəssalam, Babəhava, Əlyarubiya və Əlramse marşrutlarından istifadə etmək hüququna malikdirlər.

Qeyd edәk ki, BMT Tәhlükәsizlik Şurasında qanun layihəsinin qəbul edilmәsi üçün  15 üzvdən azı  9-u layihәnin lehinə səs verməlidir və daimi üzvlərin  (ABŞ, Rusiya, Çin, İngiltərə və Fransa) heç biri veto hüququndan istifadə etməməlidirlər.

Әlaqәli Xәbәrlәr