Boko Haram terror təşkilatı  məsum insanları öldürdü

Çad Respublikasında bir kənddə törədilən terror aktı nəticəsində 14 nəfər həyatını itirdi, 5 nəfər yaralandı.

1325849
Boko Haram terror təşkilatı  məsum insanları öldürdü

Yerli və Fransa mətbuatının məlumata görə, hadisə Çad gölünün qərbindəki Kaiqa şəhəri yaxınlığında yerləşən balıqçı kəndində həyata keçirilib. 14 nəfədrin həyatını itirdiyi hücuma görə məsuliyyəti Boko Haram terror təşkilatı üzərinə götürüb.

Bölgə qubernatorunun sözlərinə görə terroristlər hadisədən bir gün əvvəl kəndə sızıblar.

Qeyd edək ki, 2000-ci illərin əvvəllərindən Nigeriyada yaranan Boko Haram terror təşkilatının 2009-cu ildən bu yana həyata keçirdiyi hücumlarda 20 mindən çox insan həyatını itirib. Terror təşkilatı 2015-ci ildən sonra ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə hücumlar törətməkdə davam edir. Təşkilatın Çad gölü hövzəsində həyata keçirdiyi terror aktları nəticəsindi isə ən az 2 min nəfər ölüb.



Әlaqәli Xәbәrlәr