Fələstin Ərəb Birliyini  fövqəladə iclasa çağırdı

Fələstin, Braziliyanın Qüdsdə ticarət nümayəndəliyi açması məsələsinin müzakirə edilməsi üçün Ərəb Birliyindən fövqəladə iclas keçirilməsini istədi.

1325229
Fələstin Ərəb Birliyini  fövqəladə iclasa çağırdı

Fələstin rəsmi informasiya agentliyinin məlumatına görə Fələstinin Qahirədəki səfiri Diyab əl-Luh Ərəb bu barədə açıqlama verib. Ərəb Birliyindən "ən qısa müddətdə daimi nümayəndələr səviyyəsində fövqəladə iclas" keçirilməsini tələb edən səfir, Braziliyanın Qüdsdə ticarət nümayəndəliyi açmaq cəhdinin legitim olmadığına diqqət çəkib və məsələnin ərəb ölkələri tərəfindən müzakirə edilərək digər ölkələrin belə addımlar atmaq planlarının qarşısının alınması üçün lazımlı tədbirləri həyata keçirəcək mexanizmin yaradılmasının əhəmiyyətini vurğulayıb.

Xatırladaq ki, Braziliya Prezidenti Jair Bolsonaronun oğlu millət vəkili Eduardo Bolsonaro 15 dekabrda Qüdsdə ölkəsinin ticarət nümayəndəliyinin açılışını reallaşdırdı. Bolsonaro açılış mərasimində etdiyi çıxışında Braziliyanın İsraildəki səfirliyinin də Təl-Əvivdən Qüdsə köçürüləcəyini bildirdi.



Әlaqәli Xәbәrlәr