ABŞ Senatının Suriya reijmi və onlara dəstək olanlara əlavə sanksiya qərarı

ABŞ Senatı Suriyada Əsəd rejimi və tərəfdarı Rusiya və İranın fəaliyyətlərinə dəstək təmin edən şəxs və qurumlara əlavə sanksiyalar tətbiq olunmasını nəzərdə tutan qanun layihəsini qəbul etdi.

1325611

Layihə Suriyadakı toqquşmalarla əlaqədar şəxs və qurumlara əlavə sanksiya və maliyyə məhdudiyyətləri gətirilməsini nəzərdə tutur.

Layihərə ABŞ Xəzinə Nazirliyinin Suriya Mərkəzi Bankının çirkli pul yuma mövzusundakı rolunu dəyərləndirməsi istəndikdə, bununla bağlı narahatlıq olacağı təqdirdə yerli maliyyə quruluşlarından bankla alış-verişləri barədə daha detallı məlumat tələb edilə biləcəyi bildirilib.

Layihəyə görə, Suriya hökumətinə yaxud da Suriya, Rusiya və İran adından hərəkət edən podratçı şirkətlərə dəstək təmin edən yaxud onlarla böyük miqdarda pul ticarəti edən xarici şəxs və qurumlara sanksiya tətbiq edə biləcək.  

Sanksiyalar çərçivəsində həmin şəxs və qurumların ABŞ-a girmələrinin qadağan olunması, əmlaklarının nəql edilməsinin qarşısının alınması nəzərdə tutulub.  

Layihədə humanitar yardım yaxud demokratik qurumlara dəstək məqsədli fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına sanksiya tətbiq edilməməsinin vacibliyinə diqqət çəkilib, prezidentin ABŞ-ın milli maraqlarına ziddi görməsi halında sanksiyaları qismi olaraq və yaxud da tamamilə təxirə sala biləcəyi bildirilib.  

Әlaqәli Xәbәrlәr