Pompeo İranı və müttəfiqlərini Bağdaddakı hərbi aviabazaya hücumda ittiham edib

Amerika Birlәşmiş Ştatlarının dövlәt katibi  Mayk Pompeo İranın İraqdakı qollarının Amerika hәrbçilәrinә vә ya ABŞ-ın ölkәdәki müttәfiqlәrinә edәcәyin hücuma lazımi cavabın verilәcәyini deyib.

1323245
Pompeo İranı və müttəfiqlərini Bağdaddakı hərbi aviabazaya hücumda ittiham edib

 

Amerika Birlәşmiş Ştatlarının dövlәt katibi  Mayk Pompeo İranın İraqdakı qollarının Amerika hәrbçilәrinә vә ya ABŞ-ın ölkәdәki müttәfiqlәrinә edәcәyi hücuma lazımi cavabın verilәcәyini deyib.

Mayk Pompeo verdiyi yazılı açıqlamada İraqda son günlәrdә yaşanan hücumları qiymәtlәndirib. ABŞ dövlət katibi Mayk Pompeo İranı və onun müttəfiqlərini Bağdad Beynəlxalq Hava Limanına yaxın ərazidə yerləşən hərbi aviasiya bazasına hücumda ittiham edib. 

‘‘İranın İraqdakı qolları son dövrdә İraq tәhlükәsizlik qüvvәlәri, Amerika vә Beynәlxalq Koalisiya qüvvәlәrininin olduğu hәrbi bazalara hücumlar tәşkil edib’’,-deyә Amerika Birlәşmiş Ştatlarının dövlәt katibi qeyd edib.

Mayk Pompeo hәmçinin vurğulayıb ki, Amerika Birlәşmiş Ştatları İraq tәhlükәsizlik qüvvәlәri ilә fәaliyyәtlәrini davam etdirәcәk.

Qeyd edәk ki, dekabrın 9-da Bağdad Beynәlxalq Hava Limanı yaxınlığındakı hәrbi bazaya tәşkil edilәn hücum nәticәsindә altı әsgәr xәsarәt almışdı.



Әlaqәli Xәbәrlәr