ABŞ prezidenti Tramp Boris Johnsonu təbrik etdi

Böyük Britaniyada parlamentə keçirilən növbədənkənar seçkilərdə qələbə qazanan Baş nazir Boris Johnsonu ilk təbrik edən lider ABŞ prezidenti Tramp oldu.

1322722
ABŞ prezidenti Tramp Boris Johnsonu təbrik etdi

Tramp, sosial media hesabında “Boris Johnsonu seçidəki qələbəsi üçün təbrik edirik!” başlığı ilə yaydığı açıqlamasında Brexit-dən sonra Britaniya və ABŞ-ın yeni bir ticarət sazişi bağlamaqda sərbəst olacağını bildirib.

Qeyd edək ki, Britaniyada keçirilən növbədənkənar seçkidə qələbə qazanan Johnsonun başçılıq etdiyi Mühafizəkarlar Partiyası təkbaşına hökuməti formalaşdırma səlahiyyətini əldə etdi.

 



Әlaqәli Xәbәrlәr