Rusiyada hərbi helikopter qəzaya uğrayıb, ölənlər var

Bu barədə Rusiya Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib.

1322023
Rusiyada hərbi helikopter qəzaya uğrayıb, ölənlər var

 

Rusiyada “Mi-28N” tipli hərbi helikopter qəzaya uğrayıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib.

Məlumata görə, hadisə Krasnodarda qeydə alınıb. Helikopterin Krasnodardakı hərbi hava bazası yaxınlığında qəzaya uğradığı bildirilir.

Qəza nəticəsində 2 nəfər həlak olub. Onların heyət üzvü olduqları bildirilir.

Faktla bağlı araşdırma aparılır.



Әlaqәli Xәbәrlәr