Yaponiya iki nüvə reaktorunu təmizləmə-yeniləmə planını təsdiqlədi

İnzibatçı qurum stansiyanın “Kansai” elektrik enerji şirkətinin 1979-cu ildən çalışan 1 və 2-ci reaktorlarını yeniləmək üçün etdiyi müraciəti qəbul edib.

1321744
Yaponiya iki nüvə reaktorunu təmizləmə-yeniləmə planını təsdiqlədi

 

  Yaponiyanın Nüvə Tənzimləmə İdarəsi Fukui administrativ vahidindəki Oi nüvə stansiyasının çalışma dövrü bitən iki reaktorunu yeniləmə planını təsdiqlədi.

  İnzibatçı qurum stansiyanın “Kansai” elektrik enerji şirkətinin 1979-cu ildən çalışan 1 və 2-ci reaktorlarını yeniləmək üçün etdiyi müraciəti qəbul edib.

  Təxminən 1,1 milyard dollara başa gələcək təmizləmə-yeniləmədən sonra 23 min ton nüvə tullantı məhsulunun ortaya çıxması gözlənilir. Bu planda tullantıların necə saxlanılacağı və ya istifadə olunacağı əks olunmayıb.

  Qeyd edək ki, 2019-cu ilin sonunda 1 və 2-ci reaktorlarda enerji istehsalı dayandırılacaq, stansiyanın 1993 və 1994-cü illərdən çalışan 3 və 4 saylı reaktorlaru fəaliyyətlərini davam etdirəcək.



Әlaqәli Xәbәrlәr