Fransada etiraz aksiyaları davam edir

Fransa prezidenti Emmanuel Makronun təqaüd ıslahatına etiraz aksiyaları başda paytaxt Paris olmaqla ölkənin müxtəlif şəhərlərində davam edir.

1321268
Fransada etiraz aksiyaları davam edir

6 Dekabrda başlayan və 6 gündür davam edən tətil və etiraz aksiyalarına görə ölkədə nəqliyyat iflic oldu.

Aviaşirkətlər tətil səbəbi ilə uçuşların 20 faizinin ləğv olunduğunu açıqlayıblar. Məlumata görə ölkədə qatar reysləri də dayandırılıb.

Paytaxt Paris ilə yanaşı Marsel, Bordo, Rennes, Lille və Lyon şəhərlərində də xalq Makronun izlədiyi siyasətə etiraz məqsədiylə küçələrə axışıb. Həmkarlar ittifaqları hökumətin pensiya islahatı qərarından geri addım atmaması halında nümayişlərin davam edəcəyini bildiriblər.

İslahat ilə məmur və işçilərin imtiyazlarının ləğv  edilməsi, pensiya yaşının tədricən 62-dən 64-ə qaldırılması nəzərdə tutulub.



Әlaqәli Xәbәrlәr