Fanatik yәhudilәr Mәscidi-Әqsaya basqın edib

Bu barәdә Qüds İslam Vәqflәri İdarәsi mәlumat yayıb.

1321797
Fanatik yәhudilәr Mәscidi-Әqsaya basqın edib

 

 

 

Fanatik yəhudilərdən ibarət 100 nəfərlik qrup İsrail polisinin müşayiəti altında Şərqi Qüdsdə yerləşən Əl-Əqsa məscidinə basqın tәşkil  edib. Bu barәdә Qüds İslam Vәqflәri İdarәsi mәlumat yayıb. Mәlumatda 100-dәn çox  fanatik yәhudinin qruplar şәklindә mәscidin әrazisinә daxil olduğu vurğulanıb.

Mәlumatda həmçinin bildirilib ki, basqını hәyata keçirәnlәr arasında çox sayda qadın әsgәr olub.

Mәlumatda  yəhudilərin  Məğrib qapısından Əl-Əqsa məscidinə daxil olduğu vurğulanıb.

Qeyd edәk ki, fanatik yәhudilәr vaxtaşırı İsrail polisinin müşaiyәti ilә Şərqi Qüdsdə yerləşən Əl-Əqsa məscidinə basqın tәşkil edir.



Әlaqәli Xәbәrlәr