OPEC və OPEC+ kimi tanınan tərəfdaşlarının toplantısı Vyanada başlayıb

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) üzv ölkələri və OPEC+ kimi tanınan tərəfdaşlarının toplantısı Vyanada başlayıb.

1319089
OPEC və OPEC+ kimi tanınan tərəfdaşlarının toplantısı Vyanada başlayıb

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) üzv ölkələri və OPEC+ kimi tanınan tərəfdaşlarının toplantısı Vyanada başlayıb.

Səudiyyə Ərəbistanının enerji naziri Şahzadə Əbdüləziz bin Salman iclasdan əvvəl  bildirib ki, onun əsas prioriteti bəzi üzvlərin aldatmağı dayandırmağı və söz verilmiş azaldılmaları yerinə yetirməsidir: “Bazar bizə etibar etməli olacaq. Analitiklər bizə inanmaq məcburiyyətində qalacaqlar. Əgər onlar bunu etmirlərsə, biz nail olmaq istədiyimizi çatdıra bilmərik. Hər şey bu qədər sadə, bəzən isə bu qədər sərt olur”. 

Venesuelanın neft naziri və OPEC Konfransının sədri Manuel Salvador Quevedo Fernandez də OPEC ilə OPEC+ kimi tanınan tərəfdaşlarının müttəfiqliyinin 3 ili başa çatdırdığını bildirərək, 2016-cı ilin dekabr ayından bəridir iki qrupa məxsus üzv ölkələrin arasındakı dialoqun güclü olduğunu qeyd edib. 

Rusiya Enerji naziri Aleksandr Novak da OPEC-ə üzv ölkələr və OPEC+ kimi tanınan tərəfdaşlarının ölkələrin hazırda istehsal kvotaları barədə görüşlər keçirərək yekun bir qərara gələcəklərini ifadə edib.



Әlaqәli Xәbәrlәr