Kiryakos Micotakis: “Miqrasiya məsələsi bütün Avropa İttifaqını  maraqlandırır”

Miqrasiya məsələsi yalnız Türkiyə-Yunanınstanı yox, bütün Avropa İttifaqını  maraqlandırır. Bunu Yunanıstanın Baş naziri Kiryakos Micotakis deyib.

1318590
Kiryakos Micotakis: “Miqrasiya məsələsi bütün Avropa İttifaqını  maraqlandırır”

Yunanıstanın Baş naziri Kiryakos Micotakis, Afinada səfərdə olan Avropa Komissiyasının vitse-prezidentinin müavini Margaritis Schinas və Daxili İşlər Komissarı Ylva Johansson ilə keçirdiyi görüşdə ölkəsinin miqrantlar və qaçqınlar probleminin öhdəsindən ancaq Avropa İttifaqının dəstəyilǝ gələbiləcəyini vurğulayıb.

O qeyd edib ki, köç problemi Türk-Yunan yox, Avropa İttifaqının təsirləndiyi bir məsələdir. Bu problemin öhdəsində gələbilmək üçün alyansın sabit siyasətinə və Komissiya ilə Yunan hakimiyyətinin uğurlu əməkdaşlığına zərurət vardır”.

Avropa Daxili İşlər Komissarı Johansson da öz növbəsində : “Miqrasiya məsələsinin həlli ilə bağlı ortaq siyasət izlənilməlidir. Məsələ yalnız Yunanıstanı yox, Avropa İttifaqına üzv bütün ölkələri maraqlandırır. Bu səbəbdən problemə təcili həll yolu tapılmalıdır. Yunanıstan bu sahədə əhəmiyyətli addımlar atmaqda davam edir”- deyə Johansson vurğulayıb.

Qeyd edək ki, 1 Dekabrda vəzifəyə başlayan Schinas və Johanssonun bu gün Türkiyəyə işgüzar səfəri gözlənir.



Әlaqәli Xәbәrlәr