Fransada kütləvi etirazlar

Fransada prezident Emmanuel Makron hakimiyyətinin təqaüdlə bağlı islahatlarına etiraz edən on minlərlə insan ölkə miqyasında gündəlik həyatı iflic etdikdə, polis əməkdaşları ilə nümayişçilər arasında iğtişaş yaranıb.

1318656
Fransada kütləvi etirazlar
fransa.jpg
fransa.jpg
fransa.jpg

Fransada prezident Emmanuel Makron hakimiyyətinin təqaüdlə bağlı islahatlarına etiraz edən on minlərlə insan ölkə miqyasında gündəlik həyatı iflic etdikdə, polis əməkdaşları ilə nümayişçilər arasında iğtişaş yaranıb.

“Sarı jiletlilər”in bir ildir davam edən nümayişlərindən sonra dekabrın 5-də xeyli sayda sektor işçisi 500 min nəfər Makron idarəsinin hazırladığı təqaüd islahatına reaksiya göstərmək məqsədilə ölkə miqyasında müddətsiz tətil başladıb.

Tətil edənlər arasında Paris və ətrafında ictimai nəqliyyat işlərini nizamlayan RATP, Fransız Milli Dəmir Yolları Şirkəti (SNCF) və Fransız hava yolları şirkəti “Air France” işçiləri, polis əməkdaşları, həkimlər, tibb bacıları daxil səhiyyə işçiləri, tələbələr, müəllimlər, məmurlar, vəkillər, kənfd təsərrüfatı işçiləri, poçt işçiləri, taksi və nəqliyyat sürücüləri, elektirik enerjisi işçiləri, avtomobil istehsal edən “Renault” və neftayırma zavodu işçiləri var.   

Paytaxt Paris başda olmaqla ölkədəki bir çox şəhərdə toplaşan nümayişçilərlə polis əməkdaşları arasında iğtişaş yaranıb.

Qeyd edək ki, Parisdə etirazlar Fransa Prezidenti Emmanuel Makronun pensiya sistemində həyata keçirmək istədiyi islahatların detallarını açıqladıqdan sonra baş verib. O, ölkə iqtisadiyyatının daha rəqabətli olması üçün pensiya islahatlarının vacibliyini dilə gətirib.



Әlaqәli Xәbәrlәr