Donald Trampın Əfqanıstana sürpriz səfəri

ABŞ prezidenti Donald Tramp ötən gün Əfqanıstana sürpriz səfər reallaşdırdı.

1314570
Donald Trampın Əfqanıstana sürpriz səfəri

Prezident Tramp 2,5 saat davam edən Əfqanıstan səfəri çərçivəsində ölkənin ən böyük hava bazası olan “Bəhram”a gedərək "Şükranlıq Günü" münasibətilə ölkəsinin əsgərləri ilə nahar etdi.

Ağ Evin sözçüsü Stefani Qrişem təyyarədə jurnalistlərə verdiyi açıqlamada “Bura təhlükəli bölgədir. Amma Tramp buradakı əsgərlərə dəstək vermək istədi. Bunun xoş bir sürpriz olacağını düşündü” deyib.

Səfərə prezidentin həyat yoldaşı Melaniya Tramp qatılmayıb.

Prezidentin səfər təəssüratlarını Ağ Evin Sosial Media Direktoru Dan Skavino sosial hesabından bölüşüb. Səfər Donald Trampın təhlükəsiz şəkildə səyahət etməsindən ötrü ölkəsinə qayıdana qədər ictimaiyyətə açıqlanmayıb. O, gecəyarısı Vaşinqtona dönüb.

Qeyd edək ki, bu, Donald Trampın Əfqanıstana ilk səfəri olub.

 

 



Әlaqәli Xәbәrlәr