İsrail әsgәrlәri 11 fәlәstinlini dә hәbs edib
Bu barәdә İsrail ordusundan verilәn mәlumatda bildirilib.
İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilindә 11 fələstinlini həbs edib.
Bu barәdә İsrail ordusundan verilәn mәlumatda bildirilib.
Məlumata görə, İordan çayının qərb sahilinin müxtəlif bölgələrində gecə radələrində keçirilən əməliyyatlar nәticәsindә 11 fәlәstinlini saxlanılıb. Saxlanılan fәlәstinlilәrin terror aktlarında iştirak etdiklәri iddia edilib.
Onlar dindirilmәk üçün bölgәdәki nәzarәt mәntәqәsinә aparılıb.
İşğal altındakı Şәrqi Qüds vә İordan çayının qәrb sahillilindә vaxtaşırı evlәrә basqın tәşkil edәn İsrail qüvvәlәri müxtәlif iddialar irәli sürәrәk fәlәstinlilәri saxlayır.
Saxlanılan fәlәstinlilәrin günlәrlә nәzarәt mәntәqәlәrindә saxlanıldıqları bildirilir.
Fәlәstinin rәsmi mәnbәlәrinin yaydığı mәlumata әsasәn, İsrail hәbsxanalarında altı minədək fәlәstinli mәhbus var.
Әlaqәli Xәbәrlәr
“Bir sıra Aİ ölkəsinin Fələstini rəsmən tanımasını gözləyirik”, C.Borell
İspaniyanın rəsmi xəbər agentliyi EFE-nin məlumatına görə ...