Albaniyada ölənlərin sayı 31-ə çatıb

Albaniyanın paytaxtı Tirana ətrafında baş verən 6,4 bal gücündə zəlzələ zamanı ölənlərin sayı artır.

1313801
Albaniyada ölənlərin sayı 31-ə çatıb

Səhiyyə Nazirliyi və Sosial Müdafiə Nazirliyindən yayılan məlumata görə həyatını itirənlərin sayı 31-ə çatıb. Bildirilib ki indiyə dək 8-i ağır olmaqla 658 yaralı qeydə alınıb.

Dağıntıların aradan qaldırılması üçün Yunanıstan və Türkiyədən Albaniyaya cəlb olunan xilasedicilərin fəaliyyətlərinin davam etdiyi bölgədə yeraltı təkanları davam edir. Zəlzələdən sonra 524 təkanın qeydə alındığına dair məlumat yayılıb.



Әlaqәli Xәbәrlәr