Albaniyada 100-dən çox insan dağıntıların altında qaldı

Albaniyada baş vermiş zəlzələ nəticəsində çoxlu sayda ölən və yaralananlar var.

1312416
Albaniyada 100-dən çox insan dağıntıların altında qaldı

 

  Albaniyada baş vermiş zəlzələ nəticəsində çoxlu sayda ölən və yaralananlar var.

  Albaniyada Rixter cədvəli üzrə 6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində çoxlu sayda ölən və yaralananların olduğu bildirilir. 

  “Reuters” agentliyinin yazdığına görə, yeraltı təkanların episentri ölkənin Durres şəhərinin yaxınlığındakı Şidcak qəsəbəsində olub. Yerli vaxtla saat 04:00-da beş vermiş zəlzələ paytaxt Tiranada da hiss edilib. İlkin məlumata görə, ən azı 3 nəfər həlak olub, 100-dən çox insan dağıntıların altında qalıb. Ərazidə axtarış-xilasetmə dəstələri fəaliyyət göstərirlər.

  İtaliyanın “Sky TG24” telekanalı məlumat verib ki, Albaniyada baş vermiş zəlzələ bu ölkənin cənub rayonlarında da hiss edilib.



Әlaqәli Xәbәrlәr