Birləşmiş Millətlər Təşkilatı  Yәmәnlә bağlı açıqlama verib

Birləşmiş Millətlər Təşkilatı  Yəmənin şimalındakı Sada şəhərindəki bazarların birinә  edilən hava hücumu nәticәsindә  10 mülki vәtәndaşın hәlak olduğunu, aralarında uşaqların da olduğu onlarla adamın da xәsarәt aldığını açıqlayıb.

1311148

BMT-nin Yəmən üzrә koordinatoru Lise Qrande verdiyi açıqlamada bu ifadәlәrә yer verib:"Yəməndə baş verənlər çox  mәntiqsizdir. Müharibə dərhal dayandırılmalıdır". O, bildirib ki, toqquşmalar nәticәsindә  ölkədə yaşanan  hər ölüm və hәr  yaralanma bir faciədir.

Açıqlamada Sada şәhәrinin Menbeh qәsәbәsindәki  әr-Raku bazarına endirilәn zәrbәlәr nәticәsindә 10 nәfәrin hәlak olduğu vә aralarında uşaqların da olduğu onlarla adamın da xәsarәt aldığı bildirilib.

Lise Qrande hücumun kim tәrәfindәn törәdildiyi ilә bağlı mәlumat vermәyib.

Yәmәnin paytaxtı Sәna vә bәzi bölgәlәri 2014-cü ilin sentyabr ayından etibarәn Husilәrin nәzarәtindәdir.

Sәudiyyә Әrәbistanı rәhbәrliyindәki koalisiya qüvvәlәri isә 2015-ci ilin mart ayından etibarәn Husilәrlә mübarizә çәrçivәsindә Yәmәn hökumәtinә dәstәk verir.

Təxminən 5 il davam edən toqquşmalar nәticәsindә  minlərlə insan həyatını itirib.

Әlaqәli Xәbәrlәr