Tramp Maliyyə hesabatlarını açıqlayacağını bildirdi

ABŞ Prezidenti Donald Tramp 2020-ci il prezident seçkilərindən əvvəl maliyyə hesabatlarını açıqlayacağını bildirib.

1310590
Tramp Maliyyə hesabatlarını açıqlayacağını bildirdi

Tramp mövzu ilə bağlı sosial media hesabından yaydığı bəyanatda: “Rus istintaqını aparan xüsusi səlahiyyətli Prokuror Robert Mueller bütün maliyyə və vergi sənədləri yoxladı. Ancaq yenə də konkret nəticəyə çatılmadı. Proses Nyu-Yorklu Demokrat prokurorların maliyyə razılaşmalarımı daha bir dəfə yoxlamağa başlamaları ilə davam edir. Nyu- Yorkda əleyhimə qaldırılan məhkəmə işi qanunlara ziddir. 2020-ci il seçkilərindən əvvəl maliyyə hesabatımı açıqladıqda insanlar təsəvvür etdiklərindən dahaha zəngin olduğumu görəcəklər.

Xatırladaq ki, 2016 seçki kampaniyası dövründə Tramp vergi bəyannamələri verməkdən imtina edərək tənqidlərə məruz qaldı. New York Times qəzetinin 2018-ci ilin Oktyabrında “Tramp-ın milyonlarla dollar vergidən yayındığına” dair iddiaları uzun müddət ABŞ gündəmindəki əsas məsələlərin başında iştirak etdi.



Әlaqәli Xәbәrlәr